12 İyun 2021 10:00
335
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin Bakı-Antalya istiqamətində reys yerinə yetirməyə hazırlaşan Airbus A320 təyyarəsi texniki səbəbdən dayanacağa qayıdıb.

"Azərbaycan Hava Yolları" QSC-dən Teleqraf.com-a verilən məlumata görə, hava gəmisinin kapitanı təyyarənin sol mühərrikində titrəyiş olduğunu müəyyən etdikdən sonra havaya qalxmamaq barədə qərar qəbul edib.

Sonradan aparılan baxış nəticəsində mühərrikə quş girdiyi aşkar edilib.

Təyyarədə olan 142 sərnişin aviaşirkətin digər təyyarəsi ilə Antalyaya uçacaq.


Müəllif: Teleqraf.com