Milli Şura noyabrın 10-da nəzərdə tutulacaq mitinqə hansısa partiyanı dəvət etmək niyyətində deyil. Teleqraf.com xəbər verir ki, bu barədə AXCP sədrinin müavini Razi Nurullayev bildirib.
R.Nurullayev qeyd edib ki, aksiyanın təşkilatçısı Milli Şuradır, amma hansı partiya istəsə iştirak edə bilər.
Qeyd edək ki, Milli Şura noyabrın 10-da Bakıda mitinq keçirəcək. Bakı Şəhər İcra Hakimiyyətinə göndərilən məktubda aksiyanın metronun “İnşaatçılar” stansiyası yaxınlığındakı stadionda saat 15-dən 17-dək keçiriləcəyi bəyan olunub. Mitinqdə məhbuslar, insan haqları və sosial durumla bağlı problemlərdən danışılacaq.
Ayxan