Bakının Xətai rayonunda oğurluq olub.
Teleqraf.com xəbər verir ki, Xətai rayon Polis İdarəsinin 37-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 9500 manat pul oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakini O.Nuriyeva saxlanılıb.