3 Noyabr 2014 16:10
933
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Liberal Partiyası bu gün keçirdiyi toplantıda bələdiyyə seçkiləri ilə bağlı rəsmi qərar verib.

Bu barədə ALP sədri Əvəz Temirxan Teleqraf.com-a açıqlamasında deyib. Onun sözlərinə görə, toplantıda qərara gəlinib ki, ALP bələdiyyə seçkilərində iştirak etməyəcək və üzvlərinə könüllü iştirak hüququ verəcək.

Sözügedən toplantıda partiya lideri Lalə Şövkətin iştirak etmədiyini söyləyən sədr qeyd edib ki, L.Şövkət də bu qənaətdədir ki, ALP seçkilərdə partiya kimi iştirak etməsin, amma üzvlərin seçkilərdə iştirakı təqdirəlayiq sayılsın.

Ə.Temirxan qeyd edib ki, partiya əsasən parlament seçkilərinə hazırlaşır: “Hansı formatda iştirak edəcəyimiz barədə indidən danışmaq tezdir”.

Milli Şuranın noyabrın 10-a təyin etdiyi mitinqində ALP-nin qatılıb-qatılmayacağına gəlincə, Ə.Temirxan vurğulayıb ki, Bakı Şəhər İcra Hakimiyyəti mitinqin keçirilməsinə icazə verəndən sonra bu məsələ partiyada müzakirə olunacaq.

Nərgiz


Müəllif: