3 Noyabr 2014 19:36
855
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daha bir siyasi partiyaların ittifaqı həbsdəki fəallarla bağlı aksiyaya hazırlaşır. Teleqraf.com xəbər verir ki, 11 siyasi partiyanı (Klassik Xalq Cəbhəsi; Müsavat; Demokrat; Ümid; Azadlıq; Liberal Demokrat; Vətəndaş və İnkişaf; Aydınlar; Böyük Azərbaycan; Xalq; Azad Demokrat partiyaları) özündə birləşdirən Demokratiya və İnsan Haqları Mərkəzi yaxın günlərdə aksiyanın vaxtını açıqlayacaq.

Qeyd edək ki, Milli Şura noyabrın 10-da İnşaatçılar metrosunun yaxınlığındakı Məhsul stadionunda aksiya keçirməyi planlaşdırır. Demokratiya və İnsan Haqları Mərkəzinin keçirəcəyi aksiya buna alternativ kimi qiymətləndirilir.

Ayxan


Müəllif: