Yevlax sakini itkin düşüb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib.
Məlumata görə, Yevlax rayon sakini, 1977-ci il təvəllüdlü Ramil Əhmədov bu ilin aprel ayının 14-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb: “Ramil Əhmədovun əlamətləri belədir: arıq bədən quruluşlu, gözlərinin rəngi qəhvəyi, ortaboyludur. Evdən çıxarkən onun üzərində sarı-qəhvəyi rəngli köynək və göy rəngli şalvar olub”.
Rəsmi məlumatda qeyd olunur ki, Ramil Əhmədov ruhi-əsəb xəstəliyindən əziyyət çəkir.
"Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Yevlax rayon polis şöbəsinə 022-33-6-45-02 şəhər və 051-468-11-11 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur", - mətbuat xidmətindən bildirilib.