15 İyun 2021 11:01
468
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsmayıllı rayonunda oğurluq və dələduzluq edən keçmiş məhkum saxlanılıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

Rayonun Eyyubbəyli kəndi ərazisində yerləşən fermer təsərrüfatlarının birindən qoyunların oğurlanması barədə rayon polis şöbəsinə müraciət daxil olub.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 5 baş qoyunu oğurlayan şəxsin əvvəllər Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə məhkum olunmuş Laçın rayon sakini Yasin Əhmədov olduğu müəyyən edilib.

O, şübhəli şəxs qismində saxlanılıb.

Saxlanılan şəxs ifadəsində oğurladığı heyvanları Bakı şəhəri ərazisində satdığını bildirib.

Aparılmış araşdırmalarla Y.Əhmədovun daha bir cinayət əməlinin üstü açılıb. Onun Ağsu rayon sakini Lətif İbrahimova məxsus mobil telefonu dələduzluq yolu ilə ələ keçirdiyi məlum olub.

Faktlarla bağlı İsmayıllı rayon polis şöbəsində cinayət işi başlanılıb.

İstintaq-əməliyyat tədbirləri davam etdirilir.


Müəllif: Hacı Zeynalov