Sumqayıt şəhərində yaşayış evinə basqın edilib.
Teleqraf.com xəbər verir ki, Sumqayıt şəhər Polis İdarəsinin 5-ci polis bölməsinə iyunun 12-də saat 5 radələrində “Yaşıl dərə” bağlar sahəsindəki evlərdən birinə girmiş 4 nəfərin ev sahibəsinə bıçaqla qol nahiyəsinə xəsarət yetirib 831 manat pulunu və mobil telefonunu talamaları barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuş Ə.Quliyev və B.İslamzadə müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.