15 İyun 2021 13:33
770
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməliyyat keçirib.

Teleqraf.com xəbər verir ki, idarə əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V.Ələsgərov Nərimanov rayonu ərazisində saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 806 qramdan artıq heroin, 262 qramdan artıq metamfetamin və narkotik vasitələrin dövriyyəsindən əldə edilmiş pulların yükləndiyi 1 ədəd bank kartı aşkar edilib.

Bundan başqa, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhər sakini V.Əbdulovun yaşadığı evə baxış zamanı oradan 2 kiloqram 230 qram heroin, 192 qram tiryək, 230 qram metamfetamin, 2 ədəd elektron tərəzi və 2 ədəd bıçaq aşkar edilərək götürülüb.


Müəllif: Hacı Zeynalov