Gəncə şəhərində koronavirus xəstəsinə cinayət işi açılıb.
Teleqraf.com xəbər verir ki, cari il aprelin 30-da Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən ev şəraitində müalicə təyin olunmasına baxmayaraq, yaşayış yerini tərk edən aktiv koronavirus xəstəsi olan şəhər sakini R.Həsənov ictimai yerdə aşkar edilərək saxlanılıb.
Polis əməkdaşları onunla izahedici söhbətlər aparmış, tibbi prosedurlar gözlənilməklə evinə qaytarılıb, bu barədə müvafiq səhiyyə qurumu məlumatlandırılıb.
Faktla əlaqədar 16 iyun 2021-ci ildə Cinayət Məcəlləsinin 139-1-ci maddəsi ilə cinayət işi başlanıb.