17 İyun 2021 13:30
909
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəzər rayonunun Mərdəkan qəsəbəsində yol qəzası olub.

Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakinləri T.Məmmədovun idarə etdiyi “Volkswagen” və X.Xəlilovun idarə etdiyi “Renault” markalı avtomobillər toqquşduqdan sonra “Volkswagen” markalı avtomobil Abşeron rayon sakini Mehti Məmmədovun idarə etdiyi “Opel” markalı avtomobilə dəyib.

Nəticədə M.Məmmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb, T.Məmmədov xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xəzər rayon Polis İdarəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov