Qubadlı rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, Qubadlı rayon polis şöbəsinin və Dövlət Sərhəd Xidməti əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Əliquluuşağı kəndi ərazisində yabanı halda bitmiş 2,9 tondan artıq çəkidə 5630 ədəd çətənə kolu aşkar edilib.