19 İyun 2021 13:47
480
12 Punto 14 Punto 16 Punto 18 Punto

Füzuli rayonunun Qayıdış-1 qəsəbəsi ərazisində yol qəzası olub.

Teleqraf.com xəbər verir ki, rayonun Böyük Bəhmənli kənd sakini Asim Hüseynovun idarə etdiyi “QAZel”, Beyləqan rayon sakinləri C.Camalovun idarə etdiyi “VAZ-21154” və V.Süleymanovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

Nəticədə A.Hüseynov və sərnişini Səxavət Səfixanov hadisə yerində ölüb, digər sürücülər və 4 sərnişin xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Füzuli rayon polis şöbəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov