19 İyun 2021 21:49
467
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı-Qazax avtomobil yolunun Göygöl rayon ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi olub.

Teleqraf.com-un məlumatına görə, "VAZ-21015" markalı minik avtomobili və "Ford" markalı kiçik tutumlu yük avtomobili toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü,Gəncə şəhər sakini, 1986-cı il təvəllüdlü Elmir Çapay oğlu Nağdaliyev xəsarət alıb.

O, Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.


Müəllif: Teleqraf.com