20 İyun 09:42

Bakıda mənzildə qadın meyiti aşkarlanıb.

Teleqraf.com xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1952-ci il təvəllüdlü Adıgözəlova Lalə Xosrov qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.


Müəllif: Teleqraf.com