21 İyun 01:48

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, yolu keçən təqribən 60-65 yaşlı naməlum kişini (şəxsiyyəti dəqiqləşdirilir-red) avtomobil vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırısa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin təfərrüatı araşdırılır.


Müəllif: Teleqraf.com