21 İyun 2021 15:25
510
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 20-də saat 09 radələrində “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialında frez operatoru vəzifəsində işləyən Aqil Məmmədovun xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Teleqraf.com-a Şəmkir rayon Prokurorluğundan bildirilib.

Araşdırmalarla müəyyən edilib ki, Aqil Məmmədov Bakı-Qazax avtomagistral yolunun Şəmkir rayonun Çinarlı qəsəbəsi ərazisindən keçən hissəsində köhnə asfalt örtüyünün qaşınması işlərini apararkən ehtiyatsızlıqdan bədən xəsarəti alıb.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.1-ci (texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarının pozulması) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər