Türkiyənin Muğla şəhərində zəlzələ baş verib.
Teleqraf.com-un Türkiyə mediasına istinadən məlumatına görə, 3,9 bal gücündə baş verən zəlzələnin ocağı Egey dənizinin Datça sahilində qeydə alınıb.
Yeraltı təkanlar 6,3 kilometr dərinlikdə baş verib. Dağıntı və itki barədə məlumat yoxdur.