Koronavirus səbəbiylə tətbiq olunan komendant saatı və məhdudiyyətlər motokuriyerlərə tələbi artırıb.
Teleqraf.com xəbər verir ki, bunu fürsət bilən narkotacirlər motosikletlə narkotik satmağa başlayıblar.
Pandemiya zamanı nəzarətsiz şəkildə böyüyən motokuryer sistemi narkotik satıcıları üçün yeni bir köçürmə üsuluna çevrilib.
Motokuryer maskasına bürünmüş "zəhər satıcıları" İstanbulda mühafizəçilər tərəfindən saxlanılıb. Bir elektron ticarət saytına aid kuryerin çantasından zeytun yağı qutusunda gizlədilmiş müxtəlif narkotik maddələr ələ keçirilib.