22 İyun 2021 10:02
760
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kürdəmir rayon sakini itkin düşüb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan bildirilib.

Məlumata görə, 78 yaşlı Kamil Ərəbov iyun ayının 17-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb: “Kamil Ərəbovun əlamətləri belədir: arıq bədən quruluşlu, ağ saçlı, gözlərinin və qaşlarının rəngi qaradır. Evdən çıxan zaman əynində ağ zolaqları olan qara rəngli qısaqol köynək, qara rəngli şalvar və qara qəngli ayaqqabı olub.”

Daxili İşlər Nazirliyinin rəsmi məlumatına görə, şəkildə göstərilən bu şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan nazirliyin “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Kürdəmir rayon polis şöbəsinə (+9942025) 5-04-10 şəhər nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.


Müəllif: Hacı Zeynalov