Keçmiş millət vəkili Nəsib Nəsiblinin Müsavat Partiyasının üzvlüyündən istefa verməsi barədə məlumat yayılıb. Teleqraf.com məlumatı dəqiqləşdirmək üçün N.Nəsiblinin özü ilə əlaqə saxlayıb. O, məlumatı təsdiqləyib. Qeyd edib ki, partiya sıralarından çıxması ilə bağlı Müsavatın Xətai Rayon Təşkilatına ərizə ilə müraciət edib.
N.Nəsibli istefasının səbəbləri və gələcək planları barədə danışmaq istəməyib. "İstefa verməyimlə bağlı xəbər doğrudur, amma bunu şərh etmək istəmirəm" - N.Nəsibli bildirib.
Qeyd edək ki, N. Nəsibli milli-demokratik hərəkatda fəal iştirak edib, Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinin üzvü seçilib, eyni zamanda Müsavat Partiyasının Azərbaycanda fəaliyyətinin bərpa edilməsi işində çalışıb. 1989-1992-də Yeni Müsavat Milli Demokratik Partiyasına başçılıq edib, Müsavat Partiyası Bərpa Mərkəzinin birinci katibi olub. 1994-1996-da Müsavat Partiyasının xarici əlaqələr katibi vəzifəsində işləyib.
Ayxan