23 İyun 2021 11:57
622
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəlilabad rayon polis şöbəsinin əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Teleqraf.com xəbər verir ki, Cəlilabad rayon polis şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında keçirilən əməliyyat tədbiri nəticəsində üzərində qanunsuz olaraq odlu silah gəzdirməkdə şübhəli bilinən Cəlilabad rayon sakini H.Eyvazov saxlanılıb.

Ondan üzərində “Pistole Model 27 Kal – 7.65” yazılmış 1 ədəd tapança, içərisində 8 ədəd patron olan həmin tapançaya aid sandıqça aşkar olunaraq götürülüb.

Faktla bağlı Cəlilabad rayon polis şöbəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər