24 İyun 2021 12:36
393
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xətai rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Xətai rayon Polis İdarəsinin 35-ci polis bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini B.Sadıqov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan heroin və metamfetamin aşkar edilib.

Davam etdirilən tədbirlərlə ona məxsus “Hyundai” markalı avtomobilin yük yerinə baxış zamanı isə oradan 10 kiloqram 125 qram marixuana götürülüb.


Müəllif: Hacı Zeynalov