24 İyun 2021 16:28
938
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakinləri saxlanılıblar.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib.

Biləsuvar rayon polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Biləsuvar rayonunun Əliabad kənd sakini R.Qasımov saxlanılıb.

Onun üzərindən 123 qramdan artıq narkotik vasitə heroin, 200 qramdan artıq psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.

Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri digər əməliyyat-axtarış tədbirləri ilə isə Biləsuvar rayon sakinləri P.Ağayev və E.Rüstəmov saxlanılıblar.

P.Ağayevin üzərindən narkotik vasitə olan qurudulmuş marixuana, E.Rüstəmovdan isə heroin aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər