Bakı şəhərinin Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində ümumi sahəsi 48 m² olan mənzilin yanar konstruksiyaları 22 m² sahədə yanıb.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.