Bu gün səhər saatlarında Mİngəçevirdə polis əməkdaşları küçədə huşsuz vəziyyətdə 1990-cı il təvəllüdlü Xəlilov Camal Şahin oğlunu aşkarlayıblar.
Teleqraf.com xəbər verir ki, C. Xəlilov 9 saylı orta məktəbin yaxınlığında aşkarlanıb.
Gənc polis əməkdaşları tərəfindən təcili xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, ağır durumda olan C. Xəlilovun həyatını xilas etmək mümkün olmayıb.
İlkin müayinə və araşdırma zamanı məlum olub ki, şəxsi problemləri səbəbindən C. Xəlilov sirkə turşusu içərək intihar edib.
Qeyd edək ki, ölən şəxs Mingəçevirdə məcburi köçkün şəhərciyində yaşayıb.