Çexiyada qasırğa nəticəsində ölənlərin sayı artıb.
Teleqraf.com xəbər verir ki, Brno şəhərinin xəstəxanasında 2 yaşlı uşaq dünyasını dəyişib. Beləliklə, təbii fəlakət nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.
Məlumata əsasən, ölkənin prezidenti Miloş Zeman və baş naziri Andrey Babiş ölən uşağın ailəsinə başsağlığı veriblər.