Zaqatala rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər çərçivəsində Kürdəmir kəndində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.
Ümumi çəkisi 1 ton 900 kiloqram olan 2950 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılmaqla məhv edilib.