28 İyun 2021 13:13
696
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 22-də saat 2 radələrində Gəncə şəhəri Cavadxan qəsəbəsi ərazisində şəhər sakini A.Həsənovaya məxsus evdə yanğın baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Nəticədə 150 kvm. sahədə dam örtüyünün yanar konstruksiyaları yanıb, xəsarət alan olmayıb.

Kəpəz rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla yanğının Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş A.Abdıyev tərəfindən qəsdən törədilməsi müəyyən edilib.

O, saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər