İsmayıllı rayonunun Kürdmaşı kəndində ümumi sahəsi 64 m² olan birmərtəbəli evin yanar konstruksiyaları 10 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, yüksək temperaturdan lambirindən ibarət tavan və plastik qapı 2 m² sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.