3 İyul 2021 15:41
456
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları şəhər ərazisində hərəkətin intensiv olduğu küçə və prospektlərdə təhlükəsizliyin təmin edilməsi, piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbir keçiriblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, piyadalar üçün nəzərdə tutulan yerlərdən keçməyərək, özləri ilə bərabər digər hərəkət iştirakçılarına da təhlükə yaradan şəxslər saxlanılaraq, onlarla maarifləndirici söhbətlər aparılıb.

Həyat və sağlamlıqlarının qorunması üçün qaydalara riayət etmələrinin vacibliyi onların diqqətinə çatdırılıb.

Edilən xəbərdarlıqlara məhəl qoymayan şəxslər barəsində isə inzibati protokol tərtib olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər