Lənkəran rayonunda oğurluq edən keçmiş məhkum saxlanılıb
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyin mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib.
Rayonun Xanbulan kəndi ərazisində yerləşən evlərdən birinin həyətində təmir sexi kimi istifadə edilən tikilidən ümumi dəyəri 1300 manat olan 3 ədəd su nasosunun, digər məişət avadanlıqlarının və onların ehtiyyat hisssələrinin oğurlanması ilə bağlı rayon polis şöbəsinə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla onun rayonun Boladi kənd sakini, əvvəllər məhkum olunmuş F.İsgəndərov olduğu müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.