Rusiya polisi 2016-cı ildə Almaniyanın Saarbrükken şəhərində əyləncə mərkəzinin girişində qumbara partladan Azərbaycan vətəndaşı Elşad Əzizovu Almaniyaya təhvil verib.
Teleqraf.com xəbər verir ki, bu barədə TASS-a Rusiya Daxili İşlər Nazirliyinin (DİN) rəsmi nümayəndəsi İrina Volk bildirib.
“Bu gün Moskvanın M.V. Lomonosov adına Domodedovo aeroportunda Elşad Qulammirzəyev kimi tanınan Azərbaycan Respublikasının vətəndaşı Elşad Əzizov Almaniya Federativ Respublikasının hüquq-mühafizə orqanlarının nümayəndələrinə təhvil verilib”, - Volk deyib.
Qeyd edək ki, E. Əzizov 2016-cı ildə Saarbrükken şəhərində insanların olduğu əyləncə mərkəzinin girişində qumbara partladıb. İ
Soyğunçuluq etdiyi üçün 2018-ci ildə Nijni Novqorod şəhərində tutulan E.Əzizov 3,5 il müddətinə həbs edilib. Həbs müddəti bitdiyi üçün Almaniyaya ekstradisiya edilib.