Yevlax rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib.
Yevlax rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitə olan heroin və metamfetaminin (patı) satışı ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum edilmiş Orxan Bəkirov saxlanılıb.
Onun üzərinə baxış keçirilən zaman satış məqsədi ilə qablaşdırılmış 31 bükümdə 8 qrama yaxın heroin və metamfetamin aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirlir.