Lənkəran şəhərində silahlı insident olub.
Teleqraf.com xəbər verir ki, Lənkəran şəhər-rayon polis şöbəsinə iyulun 11-də, gecə saat 2 radələrində şəhər sakini F.Əlizadənin xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində xuliqanlıq zəminində F.Əlizadəyə tüfənglə xəsarət yetirməkdə şübhəli bilinən Lənkəran sakini Q.Tahirov müəyyən edilərək saxlanılıb.
Ondan “İJ-58” markalı ov tüfəngi götürülüb.
Faktla əlaqədar cinayət işi başlanıb.