Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa məsələləri üzrə naziri Devid Lidinqton noyabrın 4-də Azərbaycana səfərə gəlib.
Teleqraf.com-un məlumatına görə, D.Lidinqton noyabrın 5-də xarici işlər naziri Elmar Məmmədyarovla görüşmək üçün Xarici İşlər Nazirliyinə gəlib. D.Lidinqton və E.Məmmədyarov əvvəlcə ikitərəfli görüş keçirib.
Daha sonra nazirlər nümayəndə heyətlərinin iştirakı ilə bir araya gəliblər. Çoxtərəfli görüş başa çatdıqdan sonra E.Məmmədyarov və D.Lidinqtonun birgə mətbuat konfransı keçiriləcək.
Səxavət