Metronun "Ulduz" stansiyasında 22 yaşlı gənc relsin üzərinə düşüb.
Bu barədə Teleqraf.com-a "Bakı Metropoliteni"nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.
Həmin an stansiyaya “Dərnəgül- Həzi Aslanov" istiqamətində hərəkət edən qatar yaxınlaşıb. Qatar dayanıb, təlimat qaydalarına uyğun olaraq gərginlik xətdən ayrılıb, sərnişin stansiya yolundan çıxarılıb. Daha sonra qatar yola salınıb. Xətdə 11 dəqiqə yubanma yaranıb.
B. Məmmədovun sözlərinə görə, ilkin məlumata əsasən, 22 yaşlı Şahlar Həsənov özünü pis hiss etdiyindən stansiya yoluna düşüb.