17 İyul 2021 14:56
449
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbiri keçirilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

Göyçay rayonu 1-ci Ərəbcəbirli kənd sakini, əvvəllər də analoji cinayət əməlinə görə məhkum olunmuş Kamil Qəndəliyevin üzərində narkotik vasitə daşımasına dair əməliyyat məlumatı daxil olub.

Keçirilən tədbir zamanı həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Şəxsi axtarış zamanı ondan psixotrop maddə- metamfetamin ( patı ) və heroin aşkarlanıb.

Götürülən maddi sübutlar ekspertizaya təqdim olunub.

Faktla bağlı Göyçay rayon polis şöbəsində araşdırmalar aparılır.


Müəllif: Hacı Zeynalov