18 İyul 2021 10:07
444
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xətai rayonunda soyğunçuluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Xətai rayon Polis İdarəsinin 36-cı polis bölməsinə müraciət edən Bakı şəhər sakini E.Axundov iyulun 15-də Zığ yolu küçəsində bir nəfərin ona zor tətbiq edib və 100 manat pulunu aldığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçulq əməlini törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş P.Nuriyev müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər