18 İyul 2021 12:12
1 088
12 Punto 14 Punto 16 Punto 18 Punto

Salyanda narkotiklərlə bağlı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Salyan rayon polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş E.Əliyev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan heroin və metamfetamin aşkar edilib.

Davam etdirilən tədbirlərlə onun həyətində kultivasiya yolu ilə yetişdirdiyi 3 ədəd çətənə kolu da aşkar edilib.


Müəllif: Hacı Zeynalov