21 İyul 00:02

Bakı şəhərinin Yasamal rayonunda "Chevrolet" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Qeyd olunub ki, avtomobilin qalan hissəsi və digər avtomobillər yanğından mühafizə olunub.

Cəlilabad rayonunda isə "QAZel" markalı yük avtomobilinin mühərrik hissəsi və kabinası yanıb. Yük avtomobilinin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com