25 İyul 2021 10:57
608
12 Punto 14 Punto 16 Punto 18 Punto

Salyan rayon polis şöbəsi əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə tədbirlər davam etdirilir.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan bildirilib.

Keçirilən tədbirlər nəticəsində rayonun Qardili kənd sakini Məhərrəm Lətifovun, Yenikənd kənd sakini Xaləddin Əzizovun və Qarabağlı kənd sakini Zaur Qurbanovun mövcud qaydaları pozaraq yaşayış evlərinin həyətlərində təyin olunmuş saydan artıq qonağın iştirakı ilə toy məclisləri keçirdikləri müəyyən olunub.

Aşkarlanan qayda pozuntulari ilə bağlı ev sahibləri və məclis iştirakçıları barəsində qanunamüvafiq tədbirlər görülüb.


Müəllif: Hacı Zeynalov