25 İyul 2021 15:57
711
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yevlax rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirimiş tədbirlər nəticəsində narkotiklərin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb.

Teleqraf.com xəbər verir ki, daxil olmuş məlumat əsasında Yevlax rayon polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələri qanunsuz olaraq əldə etməkdə və saxlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum edilmiş Ramil Abdullayev tutulub.

Onun üzərinə baxış keçirilən zaman heroin və psixotrop maddə olan metamfetamin (patı) aşkar edilib.

Keçirilmiş digər tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, rayon sakini Rauf Şabanov saxlanılaraq polis şöbəsinə gətirilib.

Onun üzərinə baxış keçirilən zaman güclü təsiredici xassəyə malik preqabalin həbləri aşkar edilib.

Rauf Şabanovun ətrafında davam etdirilən araşdırmalarla həmin həbləri tanışı Ələsgər adlı şəxsdən aldığı müəyyən edilib.

Tədbirlərin davamı olaraq Ələsgər Novruzov da saxlanılıb.

Ələsgər Novruzovun üzərinə baxış keçirilən zaman güclü təsiredici xassəyə malik tramadol həbləri aşkarlanıb.

Qeyd olunan faktlarla bağlıYevlax rayon polis şöbəsində araşdırmalar davam etdirlir.


Müəllif: Hacı Zeynalov