25 İyul 2021 19:13
553
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şabran şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə şəhərin 20 Yanvar küçəsində qeydə alınıb.

"KamAz" markalı yük avtomobili ilə "Hyundai" markalı avtobus toqquşub.

Hadisə nəticəsində 5 nəfərin xəsarət aldığı bildirilir.

Yaralılar Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, hazırda onlara ilkin tibbi yardım göstərilir.

Qeyd edək ki, yaralananlardan biri 1957-ci il təvəllüdlü Şirinbala Əli oğlu İlyasovdur.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com