27 İyul 2021 13:10
404
12 Punto 14 Punto 16 Punto 18 Punto

Goranboyda kafedə yanğın hadisəsi baş verib.

Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, hadisə zamanı rayonun Xan Qərvənd kəndində ümumi sahəsi 60 m² olan birmərtəbəli kafenin taxta üzlüyü və içərisində olan əşyalar 48 m² sahədə yanıb. Kafenin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com