29 İyul 2021 20:32
652
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Suraxanı rayonunda ümumi sahəsi 200 m² olan birmərtəbəli 5 otaqlı evdə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, mənzilin mətbəxində paltaryuyan maşın, televizor və 3 p.m mətbəx mebeli yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com