30 İyul 2021 23:11
513
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıtda 2001-ci il təvəllüdlü Timur İsayev 12 gündür itkin düşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Report”a onun anası məlumat verib.

Məlumata görə, gənc iyulun 18-də səhər saat 7 radələrində evdən çıxıb və bu günə kimi geri qayıtmayıb. O, sonuncu dəfə 13-cü mikrorayon ərazisində görünüb. T.İsayevi görənlərdən və ya onun barəsində məlumatı olanlardan 077 302 81 54 nömrəli əlaqə telefonuna zəng etmələri xahiş olunur.


Müəllif: Teleqraf.com