Azərbaycan Sosial Rifah Partiyasının sədri, keçmiş deputat Xanhüseyn Kazımlının sürücüsü azyaşlı qıza xəsarət yetirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, hadisə iyulun 29-da axşam saatlarında paytaxt ərazisində qeydə alınıb.
Sürücü Məmmədov Samir Həsən oğlu idarə etdiyi “Range Rover” markalı avtomobilə piyada qismində yaxınlaşan azyaşlı qıza zor tətbiq edib.
Hadisədən əvvəl avtomobildə sərnişin qismində olan şəxs həmin azyaşlı ilə mübahisə edib.
Daha sonra sürücü maşından düşərək ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Faktla bağlı Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsində araşdırma aparılır.