Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonunun Binəqədi qəsəbəsində açıq ərazidə yanğının baş verməsi barədə məlumat daxil olub.
FHN-in mətbuat xidmətindən Teleqraf.com-a bildiriblər ki, məlumatla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində alov qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.
İlkin məlumata əsasən, açıq ərazidə təqribən 500 kvadratmetr sahədə quru ot və rezin tullantıları yanıb.