1 Avqust 22:55
200

Goranboyda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Teleqraf.com xəbər verir ki, hadisə Borsunlu-Qazaxlar yolunda qeydə alınıb.

"Mercedes" markalı avtomobil yolu qarşı tərəfə keçmək istəyən Goranboy rayon sakini, 1964-cü il təvəllüdlü Qüdrət Tanrıverdiyevi vurub.

Q.Tanrıverdiyev aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırmalara başlanılıb.


Müəllif: Teleqraf.com